Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib

Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib


Türkiyə Prezidenti Abdulla Gül Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib. Bu barədə Türkiyə Prezidentinin rəsmi saytında bildirilir.

Abdulla Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin və ona əlavənin, "Türkiyə Respublikası Hökuməti ilə "The Trans Anatolian Gas Pipeline Company B.V." arasında Trans Anadolu təbii qaz boru kəməri sisteminə dair" sazişin təsdiqi barədə qanunları imzalayıb.

Bundan əlavə, Türkiyə Prezidenti iki ölkənin hökumətləri arasında bağlanmış sərmayələrin qarşılıqlı qorunması, ortaqlıq və əməkdaşlıq haqqında, eləcə də dövlət qulluqçularının hazırlanması və dəstəklənməsi sahəsində sazişləri təsdiqləyib.

Geri dön