Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib


Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

Tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunub və digər təşkilati məsələlər nəzərdən keçirilib.

Azərbaycan parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Geri dön