Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın sənaye zonalarından ixracı kəskin artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın sənaye zonalarından ixracı kəskin artıb

Azərbaycanın sənaye zonalarından ixracı kəskin artıb


2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 41,5% artaraq təxminən 2,1 milyard manat, zonalardan ixracın dəyəri isə illik müqayisədə 55,3% artaraq 846 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.
Nazir əlavə edib ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3 % olub. İndiyə qədər sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub.

Geri dön