Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc QUliyev:Rusiya problemin qalmasında maraqlıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc QUliyev:Rusiya problemin qalmasında maraqlıdır

Fərəc QUliyev:Rusiya problemin qalmasında maraqlıdır


“Putin bağlı qapılar arxasında Paşinyana qulaqburması verəcək”.

Bu sözləri Rusiya Prezidenti Vladmir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın gözlənilən görüşü, görüşün təşkil edilməsinə səbəblər və gözlənilən nəticələri dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Rusiya həm tərəflərə, həm də dünyaya onsuz regionda məsələlərin həll olmayacağının mesajını verəcək:

“Hesab edirəm ki, Rusiya bəzi məsələlərdə mane olmaq istəsə də, ondan asılı olmadan irəliləmələr var. Bunun başqasının adına çıxmasını da istəmir. Hətta Zaxarova mətbuat konfransında dedi ki, bizim ortaya qoyduğumuz nəticələri mənimsəmək istəyirlər. O, əldə olunan nailliyyətləri öz adlarına çıxaraq, “bunu mən etdim” demək istəyir. Bundan əvvəlki görüşün effekti yox idi. Rusiya imicini normallaşdırmaq istəyir. Bölgədən çəkilməməyi, proseslərdə qatqısı olmasını, həm də gücünü nümayiş etdirmək istəyir. Rusiya onunla hesablaşmaq lazımdır mesajını da verir.

Rusiya Ermənistana təzyiq etməklə özünün bölgədə qalmasını, qiymətli olduğunu bildirmək niyyətindədir. Atəşkəs pozulanda Ermənistan tərəfinə bildirmək istəyir ki, təhlükə vardı, mən olmasam Azərbaycan sizi əzəcəkdi. Azərbaycan tərəfinə və Qərbə də göstərmək istəyir ki, sülhməramlılara ehtiyac var.

Rusiya problemin qalmasında maraqlıdır. Çünki problem olduqca, Rusiya regionda qalacaq.

Görüşdə yəqin ki, mesajlar veriləcək. Əldə olunan nəticələrlə bağlı olaraq da, həm özünün iştirakı ilə olan, həm də sonrakı razılaşmaları adına çıxmağa çalışacaq. Putin qapı arxasında da Paşinyana qulaqburması verəcək. Rusiyanın adamları müəyyən mesajlar veriblər, fəallaşıblar. Köçəryanın parlamentdəki rəhbəri Ohanyan da belə bir fikir bildirdi ki, Ermənistanda vəziyyət dəyişməyənə qədər sülh ola bilməz. Nə cür dəyişməyincə, necə dəyişməyincə? Bunlar açıq suallardır. Yəqin ki, bu sualların cavabını Putin Paşinyana deyəcək. Putin bir tərəfə ultimatum verəcək, digər tərəfə minnət qoyacaq, Qərbə və dünyaya prosesi “mən idarə etdim” qısqanclığını realda göstərəcək.

Yeni bir detalın olması gözlənilmir. Olsa, yalnız baş nazirlərin müavinləri səviyyəsində razılaşdırılmış məsələlərlə bağlı kiçik sənədlərin imzalanması ola bilər”.

Səxavət Məmməd/yenicag.az

Geri dön