Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya XİN: Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhə kömək göstərəcəyinə ümid edirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Rusiya XİN: Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhə kömək göstərəcəyinə ümid edirik

Rusiya XİN: Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhə kömək göstərəcəyinə ümid edirik


Rusiya Soçi sammitinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcəyinə ümid edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Rusiya ümid edir ki, Soçidə keçiriləcək üçtərəfli sammit Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında irəliləyişə kömək edəcək"- deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinin ayrı-ayrılıqda Azərbaycan və Ermənistan liderləri ilə görüşü də planlaşdırılıb.



Geri dön