Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "WhatsApp" və "Twitter"də yeni funksiyalar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "WhatsApp" və "Twitter"də yeni funksiyalar

"WhatsApp" və "Twitter"də yeni funksiyalar


“WhatsApp”da “Ümumi qrupları bir araya gətirmək üçün icmalar” adlı yeni funksiya yaradılıb.

İcma mahiyyətcə qruplar toplusudur. İstifadəçilər oxşar mövzuya malik qruplar əlavə etməklə icma yarada bilərlər. İcma adminləri daha sonra qrupları idarə edə və eyni anda bütün qruplara mesaj göndərə bilər. Beləliklə, bütün qruplara eyni vaxtda təsir edən elanlar əldə etməklə, həmin qrupla bağlı fərdi söhbətlər davam edə bilər.

"Twitter"də mavi işarənin qiyməti bəlli oldu

İlon Mask “Twitter”də təsdiqlənmiş hesablara verilən "mavi işarə"nin qiymətini açıqladı. İ.Maskın dediyinə görə, göy işarənin daxil olacağı mavi abunənin qiyməti 8 dollar olacaq.

Geri dön