Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə Nazirliyi: Ehtiyatda olan hərbçinin bəzi internet kanallarında Hərbi Hava Qüvvələrimiz haqqında səsləndirdiyi fikirlər əsassızdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Hərb > Müdafiə Nazirliyi: Ehtiyatda olan hərbçinin bəzi internet kanallarında Hərbi Hava Qüvvələrimiz haqqında səsləndirdiyi fikirlər əsassızdır

Müdafiə Nazirliyi: Ehtiyatda olan hərbçinin bəzi internet kanallarında Hərbi Hava Qüvvələrimiz haqqında səsləndirdiyi fikirlər əsassızdır


Noyabrın 1-də bəzi internet kanallarında ehtiyatda olan hərbi qulluqçu Səbuhi Abdullayev Azərbaycanın Hərbi Hava Qüvvələri və onun müvafiq silah-sursat sistemlərini modernləşdirməsi layihələri haqqında həqiqətə uyğun olmayan və peşəkarlıqdan tamamilə kənar fikirlər səsləndirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu şəxsin Hərbi Hava Qüvvələrimiz haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyildir. Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk.

S.Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcək.

Geri dön