Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Seçkilərin rəsmi nəticələri - Netanyahu qalib gəldi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Seçkilərin rəsmi nəticələri - Netanyahu qalib gəldi

Seçkilərin rəsmi nəticələri - Netanyahu qalib gəldi


İsrail Mərkəzi Seçki Komissiyası 25-ci çağırış Knesset (parlament) seçkilərində səslərin hesablanmasını başa çatdırıb.

Ölkənin keçmiş baş naziri Benyamin Netanyahunun partiyası seçkilərdə qalib gəlib.

Seçki Komissiyasının elan etdiyi nəticələrdən sonra Netanyahu koalisiya yarada bilər

Ölkə üzrə ən böyük beş fraksiya aşağıdakı kimidir:

Benyamin Netanyahunun "Likud" partiyası - 32 deputat mandatı;
Yair Lapidin rəhbərliyi altında hakim "Yeş Atid" partiyası - 24 yer
İfrat sağçı "Dini sionizm" bloku - 14 mandat;
Müdafiə naziri Benni Qantsın "Dövlət Düşərgəsi" bloku - 12 yer;
Ultra-pravoslav "Şas" partiyası - 11 deputat.
Qeyd edək ki, son 30 ildə ilk dəfə solçu Meretz partiyası İsrail parlamentində mandat qazana bilməyib.

Geri dön