Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri İstanbuldakı partlayışı müzakirə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri İstanbuldakı partlayışı müzakirə ediblər

Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri İstanbuldakı partlayışı müzakirə ediblər


Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub.

Bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.

“ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu gün İstanbulda baş verən son terror aktını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ​​ilə müzakirə edib və ikitərəfli hərbi əlaqələrimizin möhkəmliyini bir daha təsdiqləyib”- deyə, o bildirib.

Geri dön