Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Milli Dirçəliş Günü münasibətiylə təbriki
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin Milli Dirçəliş Günü münasibətiylə təbriki

Fərəc Quliyevin Milli Dirçəliş Günü münasibətiylə təbriki


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, İstiqlalçı deputat Fərəc Quliyev "17 Noyabr - Milli Dirçəliş Günü" münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Bu gün xalqımız azadlığı uğrunda dünyanın ən güclü dövlətlərindən biri hesab olunan Sovet İmperiyasına qarşı başladığı mübarizənin 33 illiyini qeyd edir.
Azərbaycanın dövlət müstəqilliyi kimi Böyük Qələbəya nail olmuş Milli Dirçəliş Hərəkatı xalqımızı dünyanın ən mübariz xalqı olaraq tanıtdı. 17 noyabr 1988-ci ildə başlayan Dirçəliş Hərakatının mahiyyət və miqyasına görə xalqımız "İlin Xalqı" elan edildi. Bu, bizim qızıl hərflərlə yazılan tariximzdir.

34 il əvvəl başlamış Dirçəliş Hərəkatı Vətənimizin sadəcə bir hissəsinin azadlığına nail olduğu üçün, Azərbaycan xalqının bu mübarizəsi davam etməkdədir. Vətənimizin bütövlüyü, xalqımızın rifahı və dövlətimizin qüdrətli olması üçün milli dirçəlişə daim ehtiyac vardır.

Biz də Milli Dirçəliş Hərəkatı Partiyası olaraq Vətənimizin, dövlətimizin və millətimizin milli dirçəlişi yolunun yolçusu olmaqdan qürur duyuruq və xalqımızı “17 Noyabr - Milli Dirçəliş Günü” münasibətilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm!

Vətənimizi bütöv, dövlətimizi qüdrətli, xalqımızı firavan görmək nəsibimiz olsun!”

MDHP Mətbuat Xidməti

Geri dön