Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda SEPAH-ın zabiti öldürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İranda SEPAH-ın zabiti öldürülüb

İranda SEPAH-ın zabiti öldürülüb


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin zabiti cümə günü İslam Respublikasının qərbindəki Kirmanşah əyalətində baş verən hücumda öldürülüb.

Bu barədə Sahne şəhərinin administrasiyasının başçısına istinadən "IRNA" agentliyi məlumat yayıb.

Şəhər administrasiyasının başçısının sözlərinə görə, cümə günü axşam saatlarında bir neçə etirazçı təhlükəsizlik qüvvələrinə hücum edib. İnsident nəticəsində SPEAH-ın kəşfiyyat xidmətinin zabiti həlak olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənləri həbs ediblər.

Geri dön