Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müdafiə Nazirliyi: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Hərb > Müdafiə Nazirliyi: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

Müdafiə Nazirliyi: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır


Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.

Geri dön