Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Kasım-Jomart Tokayevi təbrik edib.

Təbrik məktubunda səsvermənin nəticələrinin qazax xalqının Kasım-Jomart Tokayevə olan böyük inam və etimadının bariz təzahürü, onun qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinə verilən yüksək qiymət olduğu vurğulanıb.

Qeyd olunub ki, qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

“Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Geri dön