Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin “Traktor” klubunun baş məşqçisi klubdan ayrılır: “Bu, zərurətdir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Təbrizin “Traktor” klubunun baş məşqçisi klubdan ayrılır: “Bu, zərurətdir”

Təbrizin “Traktor” klubunun baş məşqçisi klubdan ayrılır: “Bu, zərurətdir”


Təbrizin “Traktor” futbol komandasının baş məşqçisi Qurban Berdıyev klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib.
Bu barədə “Traktor”un saytı xəbər verib.

Qərara səbəb isə baş məşqçiyə Rusiyadan təklif gəlməsidir.

“Traktor”la ayrılmaq yalnız zərurətdən - Rusiya futbolunun ehtiyaclarına və mənəvi borcuma görə baş verir. Mən bu ölkəyə qayıtmalıyam”, - deyə Berdıyev bildirib.

Xatırladaq ki, 70 yaşlı mütəxəssisin uzun illər (2001-2013 və 2017-2019) baş məşqçisi olduğu Tatarıstanın “Rubin” klubu iki dəfə Rusiya çempionatında və ölkə Superkubokunda, bir dəfə isə Rusiya Kubokunda qələbə qazanıb. Berdıyev 2021-ci ildə Qazaxıstanın “Kayrat” klubuna, 2022-ci ilin iyununda isə İranın “Traktor” klubuna baş məşqçi təyin olunmuşdu.

Geri dön