Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yarım milyon “WhatsApp” istifadəçisinin məlumatları oğurlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yarım milyon “WhatsApp” istifadəçisinin məlumatları oğurlanıb

Yarım milyon “WhatsApp” istifadəçisinin məlumatları oğurlanıb


Meta-nın ani mesajlaşma tətbiqi “WhatsApp”-da dünyanın hər yerindən aktiv istifadəçilər var. Bununla belə, istifadəçi sayının çoxluğu təhlükəsizlik problemlərini də artırır.

Keçmişdə dəfələrlə təhlükəsizlik problemləri ilə gündəmə gələn “WhatsApp”-ın indi 500 milyon istifadəçisinin məlumatlarının oğurlandığı məlum olub.

487 milyon “WhatsApp” istifadəçisinin məlumatları xaker forumunda elanda satışa çıxarılıb. Elanda verilən məlumata görə, oğurlanmış məlumat bazasına yalnız istifadəçilərin telefon nömrələri daxil edilib.

Xəbərin mənbəyi, Cybernews, sübut üçün xakerlərdən nümunə məlumatları istədi. Sınaq üçün göndərilən 1097 ABŞ və 817 Böyük Britaniyaya qeydiyyatdan keçmiş telefon nömrələrinin düzgünlüyü yoxlanılarkən onların hamısının "WhatsApp" istifadəçiləri olduğu təsdiqlənib.

Oğurlanan məlumatlardan təsirlənən ölkələr arasında Misir, İtaliya və ABŞ da var.
Meta hələlik mövzu ilə bağlı heç bir açıqlama verməyib. Əgər oğurlandığı iddia edilən məlumatlar realdırsa, tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilərin dörddə birinin təsirləndiyini söyləmək olar. Çünki "WhatsApp"ın 2 milyarddan çox istifadəçisi var və xakerlər məlumat bazasında yalnız aktiv hesabların olduğunu bildirirlər.

Geri dön