Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ordusu "Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu məhv edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə ordusu "Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu məhv edib

Türkiyə ordusu "Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu məhv edib


Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın başladığı "Pəncə-Qılınc" antiterror əməliyyatı çərçivəsində bu günədək 326 terrorçunu məhv edib.

Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O vurğulayıb ki, əməliyyat bölgələrində həm hava, həm də quru əməliyyatları davam etdirilir.

Qeyd edək ki, "Pəncə-Qılınc" əməliyyatı noyabrın 20-də başlayıb.

Bir neçə gün əvvəl H.Akar öz açıqlamasında bu il ərzində Türkiyə ordusunun Suriya və İraqda 3 600-ə yaxın terrorçunu məhv etdiyini açıqlamışdı.

Geri dön