Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi keçirilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi keçirilib


Şənbə günü paytaxt Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təntənəli andiçmə mərasimi keçirilib.

Müstəqillik Sarayında xalqı qarşısında and içən Kasım-Jomart Tokayev rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Kasım-Jomart Tokayevə Qazaxıstan Prezidentinin vəsiqəsini təqdim edib. Tədbirdə, həmçinin deputatlar, Konstitusiya şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, hökumət üzvləri də iştirak edib.

Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.

Geri dön