Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran AEBA ekspertlərini “Parçin” hərbi obyektinə buraxmaqdan imtina edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > İran AEBA ekspertlərini “Parçin” hərbi obyektinə buraxmaqdan imtina edib

İran AEBA ekspertlərini “Parçin” hərbi obyektinə buraxmaqdan imtina edib


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukio Amanonun müavini Herman Nakaerts İrana ikigünlük səfərindən sonra jurnalistlərə açıqlamasında Tehranda aparılan nüvə danışıqlarında hər hansı bir nəticəyə gəlinmədiyini bildirib.

Herman Nakaerts deyib ki, onun başçılıq etdiyi heyətin İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki daimi nümayəndəsi Əli Əsğər Sultaniyə ilə apardığı nüvə danışıqlarında heç bir inkişaf müşahidə olunmur: “İranla ixtilaflar və fikir ayrılıqları davam edir. Biz İranın nüvə fəaliyyətinin hərbi xarakter daşıması məsələsinin konkret həlli üçün müəyyən bir razılığa gələ bilmədik. İranla növbəti nüvə danışıqları fevralın 12-də olacaq”.

Herman Nakaerts İrana səfərindən əvvəl rəsmi Tehranın onun başçılıq etdiyi nümayəndə heyətini paytaxtın yaxınlığındakı “Parçin” nüvə təsisatına buraxacağına ümid bəslədiyini bildirsə də, buna imkan verilməyib.

Geri dön