Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib

Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib


Azərbaycanda gənc qızlar İrandakı etirazçılara dəstək olaraq fləşmob keçirib.
Daha öncə güney azərbaycanlı qızların təşəbbüskarı olduğu fləşmobda estafet quzeyli gənc qadınlara ötürülüb.

Aksiya birinci növbədə Güney Azərbaycanda öz hüquqları uğrunda mübarizə aparan gənclərə, xüsusilə rejim polisi tərəfindən öldürülmüş Hədis Nəcəfi, Əsra Pənahi, Aylar Həqqi və başqa şəhid olmuş soydaşlarımıza həsr edilib.

Aksiya özündə arxasını kameraya tutaraq saçını bağlayan qızı ehtiva edir. Bu fləşmob, həmçinin videoda səsləndirilən etnomusiqiçi Ariya Türkanburlunun bəstəkarı olduğu “Qadın marşı” Güney Azərbaycandakı hərəkatın simvollarından birinə çevrilib.

Geri dön