Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdamın bu hissəsi minalardan tam təmizlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ağdamın bu hissəsi minalardan tam təmizlənib

Ağdamın bu hissəsi minalardan tam təmizlənib


Ağdam rayonunda Maqsudlu su kanalının Abdınlı, Sarıcalı və Əhmədağalı kəndindən keçən hissəsinin sağ və və sol hissəsi minalardan və partlamamış sursatlardan tam təmizlənib.

Bu barədə Ağdama ezam olunmuş əməkdaşına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən bildirilib.

"Bundanan sonra da işlərimizi davam etdirəcəyik. Bu istiqamətdə düşmən çoxlu piyada və tank əleyhinə minalar basdırmışdı. Bütün bunlara baxmayaraq biz təhlükəsizlik qaydalarına əməl edərək əraziləri minalardan təmizləyirik", - deyə qeyd olunub.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 azərbaycanlı mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Geri dön