Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusunun atəş açması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Hərb > Azərbaycan Ordusunun atəş açması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır

Azərbaycan Ordusunun atəş açması ilə bağlı Ermənistanın yaydığı məlumat tamamilə yalandır


Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edib.

Geri dön