Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti peşə kursları üçün qəbul aparılır.

Nazirlikdən verilən məlumata görə, elektrik qaz qaynaqçısı, qazanxana maşinisti, lift üzrə elektromexanik, qaz qaynaqçısı, əl elektrik qaynaqçısı istiqamətləri üzrə təşkil olunacaq kurslara 20-40 yaş aralığında, minimum orta təhsilli şəxslər müraciət edə bilərlər.

Kursun müddəti 1 aydır və "İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi" MMC ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursları müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq.

Geri dön