Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistana göndərilən missiya ilə bağlı ATƏT-dən etiraf: Şəxsi təşəbbüsdür...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ermənistana göndərilən missiya ilə bağlı ATƏT-dən etiraf: Şəxsi təşəbbüsdür...

Ermənistana göndərilən missiya ilə bağlı ATƏT-dən etiraf: Şəxsi təşəbbüsdür...


Dekabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib. Bununla yanaşı, Laçın yolundan istifadə etməklə həyata keçirilən son qanunsuz fəaliyyətlər qeyd olunub.

Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.

Geri dön