Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev məsələnin şişirdildiyini düşünür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev məsələnin şişirdildiyini düşünür

Fərəc Quliyev məsələnin şişirdildiyini düşünür


Hakimiyyətin muxtar respublikadakı proseslərlə əlaqədar öz ehtiyat variantı olduğu istisna edilmir; Talıbovun yerinə Prezidentin səlahiyyətli nümayəndəsi də təyin edilə bilər; ekspert: “Oranı idarə etmək üçün mütləq şəkildə Naxçıvandan olmaq şərt deyil”
Naxçıvanda həbslər muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun da vəzifəsini itirə biləcəyi haqda iddialar ortaya çıxarıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazdığı iddia edilib. Bu barədə Bakupost.az məlumat yayıb. Bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı, Talıbov yaxınlarına mesajlar da ünvanlayıb. Təsdiqlənməmiş məlumata görə, problem Naxçıvan rəhbərliyinin istefasından daha çox, onun kimlə əvəz edilə biləcəyi ilə bağlıdır.

Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir. Ali Məclis 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan hər bir deputatı Ali Məclisə sədr seçilə bilər.

Konstitusiyaya görə, sədr Naxçıvan Ali Məclisi tərəfindən geri çağırıla bilər. MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Ali Məclis sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. İndiyədək Afiyəddin Cəlilov, Heydər Əliyev, Namiq Həsənov və Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.

Aydındır ki, bütün baş verənlərə görə Talıbov məsuliyyət daşıyır. Mümkün deyil ki, Ali Məclisin sədri muxtar respublikanın nazirliklərində baş verən bu qədər böyük miqyaslı qanunsuzluqlardan xəbərsiz olsun. Araşdırmalar davam etdikcə, bütün bu qanunsuzluqların kökü gedib Ali Məclisin sədrinə çıxır. Ona görə də Vasif Talıbovun vəzifəsindən kənarlaşdırılması gündəmə gəlib. Bəs Vasif Talıbovun Ali Məclis sədrliyindən istefa ərizəsi yazdığı iddiaları nə qədər realdır? Hakimiyyətin onun yerinə real namizədi varmı? Çünki Naxçıvan spesifik bölgədir və bu, hansısa rayona icra başçısı təyinatına bənzəməz. O səbəbdən Talıbovun kreslosunda bir müddət olsa da, qala biləcəyi də ehtimallar sırasındadır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev məsələnin şişirdildiyini düşünür: “Açığı deyim ki, bu məsələni çox böyüdürlər. Naxçıvanda yüzlərlə bacarıqlı şəxslər var. Oranı idarə etmək üçün mütləq şəkildə Naxçıvandan olmaq şərt deyil. Bu gün bir şəkili Ordubadı, yaxud bir ordubadlı Şamaxını idarə edə bilər. Digər tərəfdən, Naxçıvanda idarəetmənin çətin olması iddiası da doğru deyil. Bəzən deyirlər ki, Naxçıvanın Qars və Moskva müqavilələri ilə təhlükəsizliyi təmin olunub və burada muxtariyyət qalmalıdır. Bu da doğru fikir deyil. Çünki hər iki müqavilədə inzibati ərazinin adlanması, quruluşu haqqında bir şey deyilmir. Burada sadə bir dəyişikliklə məsələni həll etmək mümkündür. Məsələn, yazmaq olar ki-təbii ki, konstitusiyada-Naxçıvan Muxtar Respublikası bundan sonra Naxçıvan İqtisadi Zonası adlanır. İkinci bənd də belə olmalıdır ki, Naxçıvan İqtisadi Zonası bu əsasnaməyə görə idarə olunur. Belə bir təcrübə də bizdə olmamış deyil. Qarabağ İqtisadi Zonası, Şərqi Zəngəzur İqtisadi Zonası var. Orada Ali Məclisin, Nazirlər Kabinetinin və nazirliklərin olması da əhəmiyyətsiz məsələlərdir. Şamaxı necə idarə olunursa, Şərur da o cür idarə olunur. Burada fövqəladə hadisə yoxdur. Ora da Azərbaycanın ayrılmaz tərkib hissələrindən biridir. Orada gedən proseslər bir nəfərə qarşı aparılan proses deyil. Həmin şəxs o qədər fövqəlgüc deyil ki, ona qarşı böyük əməliyyat hazırlansın. Buna antikorrupsiya əməliyyatları adı vermək olar. Orada qanunun aliliyi bərpa olunur. Korrupsiya səbəbindən kimsə cavab verməlidirsə, verəcək. Bu artıq nəticədir. Gələcəkdə orada rəhbərliyin dəyişməsi, yaxud kiminsə həbs olunması səbəb deyil. O səbəbdən bu yoxlamalar başlamır, muxtariyyətın ləğvi üçün də deyil. Sadəcə, yoxlamalar aparılır və ilk nəticələr onu göstərir ki, yerli idarəetmə orqanları doğru-dürüst idarəçilik etməyiblər. Artıq orada, bilirsiniz ki, Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, əvəzində idarə yaranıb. Başqaları ilə bağlı da eyni qərar verilməlidir. Yoxlamalar nəticəsində ortaya konkret nəticələr çıxıb. Naxçıvana xüsusi diqqət təbii ki, artmalıdır. Zəngəzur dəhlizi üzərində yerləşməsi və digər səbəblər baxımından çox önəmli ərazimizdir. Amma ”bir adam gedəcək, gedərsə, nə bilim filan-filan hadisələr baş verəcək" kimi fikirlərlə qətiyyən razı deyiləm. Kadr dəyişikliyinə ehtiyac yaranarsa, bu mütləq şəkildə baş tutacaq. Orada kimsə əvəzolunmaz deyil. O qədər yaxşı kadrlar var ki... İdarəetmə və nələrin ortaya çıxdığı göz önündədir. Bir sözlə bu idarəetmə sistemi dəyişməlidir. Əvvəldə adını çəkdiyim qurumların hamısı ləğv edilməlidir. Azərbaycanın digər yerləri necə idarə olunursa, mərkəzi hakimiyyətə, birbaşa Bakıya tabeçilik təmin olunmaqla, islahatlar aparılmaqla bu dəyişikliklər həyata keçirilməlidir. Burada ən mühümü olanı necə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bir proqram hazırlandı, Naxçıvanın da bundan sonrakı inkişafı ilə əlaqədar bir proqram ortaya qoyulmalıdır. Bununla Türkiyə və başqa yerlərə gedən minlərlə insan geri qayıda bilər. Bu potensial var. Məsələlərə fərdlər deyil, prinsiplər üzərində yanaşılmasının tərəfdarıyam".

Sabiq deputat ehtimallar üzərində bu məsələlərə yanaşmanın qəti əleyhinədir: “Nələrin baş verəcəyini görəcəyik. Amma mütləq şəkildə şişirdilmiş aparatlar ləğv olunmalıdır. Bu fikrim təkcə Naxçıvana aid deyil. Azərbaycan üçün də demişəm. Nazirlər Kabineti tamamilə mənasız bir qurumdur. Naxçıvanda da belədir. ”Arabanın beşinci təkəri"dir. Yerləşdiyi coğrafi mövqeyə görə, həm də orada vətənpərvər kadrların iş başında olmaları çox önəmlidir. PKK-nın ora sızmaması, İranın ora müdaxilə imkanlarının zəiflədilməsi üçün işlər sürətlə aparılmalıdır. Guya kimsə dəyişsə, dünya dağılacaq kimi fikirləri birmənalı şəkildə kənara qoymaq lazımdır. Muxtariyyətlə bağlı o sözün götürülməsinin, idarəçiliyin dəyişilməsinin Naxçıvanın təhlükəsizliyinə heç bir aidiyyəti yoxdur. Sadəcə referendumla konstitusiyada dəyişikliklər ola bilər. Bu da tamamilə başqa məsələdir".

Cavanşir ABBASLI/“Yeni Müsavat”



Geri dön