Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə ictimaiyyəti də Azərbaycanın təbii sərvətlərinin talan olunmasına etiraz etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyə ictimaiyyəti də Azərbaycanın təbii sərvətlərinin talan olunmasına etiraz etdi

Türkiyə ictimaiyyəti də Azərbaycanın təbii sərvətlərinin talan olunmasına etiraz etdi


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə qalxan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADƏHV) ölkəmizin təbii sərvətlərinin talan olunmasına qarşı bəyanatla çıxış edib.

Bəyanat Ankarada fəaliyyət göstərən Azərbaycan Evində Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar tərəfindən elan edilib.

Türkiyənin aparıcı qeyri-hökumət təşkilatları (QHT) tərəfindən dəstək alan bəyanatda xatırladılır ki, iki il əvvəl Can Azərbaycan otuz il torpaqlarının iyirmi faizini işğal altında saxlayan təcavüzkar Ermənistanın hərbi təxribatlarına qarşı beynəlxalq müdafiə haqlarından istifadə edib və Zəfər qazanıb.

Xatırladılır ki, Azərbaycan və Türkiyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi sıx birləşərək düşməni məhv edib. Can Azərbaycana siyasi-mənəvi dəstək verən Türkiyənin qətiyyətli mövqeyi hər birimizi qürurlandırdı və bu dəstək əbədiyyətə qədər mövcud olacaqdır.

Bəyanatda təəssüflə bildirilir ki, təcavüzkar Ermənistan Laçın dəhlizindən istifadə etməklə həmin bölgələrdə yaşayan Azərbaycan vətəndaşı olan erməniləri silahlandırır, separatçı fəaliyyətlər təşviq edilir, ərazilərimizin təbii sərvəti beynəlxalq aləmdə kriminal sima kimi tanınan iş adamları və şirkətlər tərəfindən talan edilir. Bütün bu qanunsuzluqlara tezliklə son qoyulmalıdır. Azərbaycan öz ərazilərində təxribatçı və separatçı qüvvələrə qarşı tədbir görmək haqqına və gücünə malikdir.

Bəyanat belə tamamlanır: “Qərb QHT-lərini və beynəlxalq təşkilatları Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən ekoloji təxribatlara son vermək üçün fəaliyyətə dəvət edirik. Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşən Rusiyanın sülhməramlılarından öz funksiyalarını yerinə yetirməyi tələb edirik”.

Sabir Şahtaxtı

Geri dön