Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şuşa ilə bağlı sayt istifadəyə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Şuşa ilə bağlı sayt istifadəyə verilib

Şuşa ilə bağlı sayt istifadəyə verilib


Şuşa Dövlət Musiqili Dram Teatrında “Şuşa İli” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsi həyata keçirilib.

Layihə üzrə musiqişünas Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət Şuşadan gedir", “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.

Həmçinin shushainfo.com saytı yaradılaraq, istifadəyə verilib. Saytda Şuşa şəhərinin tarixi və tarixi-mədəniyyət abidələri, eksponatları, eləcə də Şuşa şəhərində yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, həmçinin təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra şəhərin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

Sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın yaradıcısı isə Xaqan Məhərrəmovdur.

Geri dön