Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azad edilən ərazilərdə daha 600 hektara yaxın ərazi minadan təmizlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azad edilən ərazilərdə daha 600 hektara yaxın ərazi minadan təmizlənib

Azad edilən ərazilərdə daha 600 hektara yaxın ərazi minadan təmizlənib


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 579 hektar ərazini minadan təmizləyib.

ANAMA-dan bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Geri dön