Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təxirə salınan bütün Bakı-Naxçıvan-Bakı aviareysləri bu gün yerinə yetiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Təxirə salınan bütün Bakı-Naxçıvan-Bakı aviareysləri bu gün yerinə yetiriləcək

Təxirə salınan bütün Bakı-Naxçıvan-Bakı aviareysləri bu gün yerinə yetiriləcək


Azərbaycanın milli aviadaşıyıcısı AZAL resurslarından maksimum istifadə edərək qısa müddətdə əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınmasını həyata keçirir.

Aviaşirkətdən bildirilib ki, dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib. Dekabrın 17 və 18 tarixlərində vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşınıblar.

Bu gün ərzində aviaşirkət, həmçinin bu istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18 və 19-na planlaşdırılan reyslərin sərnişinlərinin daşınmasını həyata keçirəcək.

Aviaşirkətin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün reysləri dekabrın 21-də cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reysin uçuşu saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb.

Belə ki, aviaşirkət hava şəraiti səbəbindən təxirə salınan bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınmasını bu gün başa çatdıracaq.

AZAL bütün sərnişinlərdən qeydiyyat masalarına öncədən yaxınlaşmağınızı xahiş edir.

Geri dön