Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin müdafiə sənayesinin fəaliyyətinə dair mühüm qərarlar qəbul edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyənin müdafiə sənayesinin fəaliyyətinə dair mühüm qərarlar qəbul edildi

Türkiyənin müdafiə sənayesinin fəaliyyətinə dair mühüm qərarlar qəbul edildi


Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclas ölkənin hava müdafiə sistemlərini gücləndirmək üçün “Siper”, “Hisar” və “Sungur” sistemlərinin növbəti istehsalı ilə bağlı qərar qəbul edib.

Bundan başqa, MİLGEM (Milli Gəmi) layihəsi, pilotsuz uçuş aparatları (İHA) istehsalında yeniliklər, F-16 qırıcılarının modernləşdirilməsi və sair mühüm məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, zəruri tədbirlərin görülməsində razılıq əldə olunub.

İclasda bir daha qeyd olunub ki, müdafiə sənayesinə dair xaricdən asılılığın aradan qaldırılması milli maraqları özündə ehtiva edir.

Sabir Şahtaxtı

Geri dön