Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan XİN: “Üçlü qaz ittifaqının” reallaşması Moskvadan asılıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Qazaxıstan XİN: “Üçlü qaz ittifaqının” reallaşması Moskvadan asılıdır

Qazaxıstan XİN: “Üçlü qaz ittifaqının” reallaşması Moskvadan asılıdır


Astana, Daşkənd və Moskva arasında Rusiya qazının nəqlinin əlaqələndirilməsinə yönələn “üçlü qaz ittifaqı” ideyasının reallaşması perspektivi Kremlin təklif edəcəyi şərtlərdən asılıdır.

Bunu Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov jurnalistlər qarşısında çıxış edərkən deyib.

“Avrasiya inteqrasiyası hökumətlərarası və dövlətlərarası razılaşmalarla rəsmiləşən inteqrasiyadır. Qaz ittifaqının yaradılması Rusiya tərəfinin ideyasıdır. Onun hansı formada reallaşdırılacağı barədə hələlik Moskvadan heç bir detal və təklif almamışıq. Bu, ideya olaraq qalır”, - deyə Almas Aydarov bildirib.

Onun sözlərinə görə, işlərin gedişi tərəflərə təklif ediləcək şərtlərdən asılı olacaq. Hələlik qazla bağlı ayrıca struktur, təşkilat və ya dövlətlərarası ittifaqın yaradılmasından danışmaq tezdir.

Geri dön