Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı metropoliteninin ikinci yerüstü stansiyasında tikinti və quraşdırma işləri başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakı metropoliteninin ikinci yerüstü stansiyasında tikinti və quraşdırma işləri başa çatıb

Bakı metropoliteninin ikinci yerüstü stansiyasında tikinti və quraşdırma işləri başa çatıb


Bakı metropoliteninin "Xocəsən" elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.

Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri görülür.
"Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir".

Xatırladaq ki, "Xocəsən" elektrik deposu və "Xosəsən" yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Geri dön