Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası 15 gündür davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası 15 gündür davam edir

Eko-fəalların Laçın-Xankəndi yolunda aksiyası 15 gündür davam edir


Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Gecə boyu aksiyaya fasilə verməyən eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda havanın şaxtalı olmasına baxmayaraq, yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Hazırda eko-fəallar şüarlar yanaşı, Azərbaycanın dövlət himnini səsləndirirlər.

Onlar hər üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya dekabrın 12-dən davam edir.

Geri dön