Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Onlar ermənilərə bütün mənalarda dəstək göstərirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Onlar ermənilərə bütün mənalarda dəstək göstərirlər

Fərəc Quliyev:Onlar ermənilərə bütün mənalarda dəstək göstərirlər


“Ruben Vardanyanın Qarabağa Rusiya tərəfindən göndərilməsi hər kəsə məlumdur. Onun atdığı addımlar, törətdiyi hərəkətlər də göstərir ki, bu layihənin arxasında məhz Rusiya dayanır”.

Bunu Moderator.az-a açıqlamasında istiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya bölgədə münaqişənin bitməsində maraqlı deyil və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması ilə bağlı irəliləyişlər olduğu müddətdə qarşıdurma yaratmağa çalışacaq: “Bu baxımdan, ekofəalların çıxışları əsassız deyil. Çünki separatçılar təkcə ekoloji fəlakət törətmir, həm də separatçılar üçün vəsait əldə edirlər. Daha doğrusu, bizim öz vəsaitimizi özümüzə qarşı istifadə edirlər. Çünki Rusiya sülhməramlıları adı altında Qarabağa gələn hərbçilər özlərini tamam fərqli aparırlar”.
“Onlar ermənilərə bütün mənalarda dəstək göstərirlər. Hətta, sülhməramlıların komandanı general Volkov səviyyəsində etiraf edildi ki, onların cihazları yoxdur deyə, qanunsuz əməllərin qarşısını ala bilmirlər. Belə olan halda, burada iki məsələ var. Əgər, onlar vəzifələrini bacarmırsa, geri çəkilməlidirlər. Yox, bilərəkdən belə edirlərsə, yenə də geri çəkilməlidirlər. Çünki ortada 10 noyabr bəyanatı var”-deyə, MDHP sədri vurğulayıb.
Sabiq parlamentari əlavə edib ki, Azərbaycan rus sülhməramlılarının ölkəni tərk etməsi ilə bağlı sərt tədbirlər görməlidir: “Çalışmalıyıq ki, 10 noyabr bəyanatından irəli gələn iki müddəanı Rusiya mütləq şəkildə həyata keçirsin. Yəni, həm separatçılar ərazilərimizi tərk eləsin, həm də keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtsın. Bu iki bəndin üzərində dayanamqla biz ciddi şəkildə təzyiq edə bilərik. Bir sözlə, artıq tələb və şərtlərimizi dəyişməli və adekvat addımlar atmalıyıq”.

Mərahim Nəsib/moderator.az

Geri dön