Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ksiyanın 17-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ksiyanın 17-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır

ksiyanın 17-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 17 gündür davam edir.

Bu dəqiqələrdə havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Geri dön