Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İnsanabənzər robot mağazadan alış-veriş edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İnsanabənzər robot mağazadan alış-veriş edəcək

İnsanabənzər robot mağazadan alış-veriş edəcək


Milliarder İlon Mask “Optimus” adlı insanabənzər robotun (Tesla Bot) yaradıldığını elan edib.

Robot mağazadan ərzaq məhsulları götürmək kimi kiçik tapşırıqları yerinə yetirə biləcək.

Mütəxəssislərin fikrincə, hazırda “Tesla” avtomobillərində istifadə olunan bir çox texnologiya robota ötürüləcək. Üz əvəzinə ekranı olacaq, ayaqları və qolları 40 naqillə idarə ediləcək. Robot “Tesla” elektrik avtomobillərinin özünü idarə etmək üçün istifadə etdiyi eyni çip və sensorlara əsaslanır.

Hündürlüyü 172 santimetr, çəkisi 57 kiloqram olan robot saatda 8 kilometr sürətlə qaça bilir.

Geri dön