Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Ora elə bir kadr bazası ilə getmək lazımdır ki, effektiv idarəetmə modeli qurula bilsin
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Ora elə bir kadr bazası ilə getmək lazımdır ki, effektiv idarəetmə modeli qurula bilsin

Fərəc Quliyev:Ora elə bir kadr bazası ilə getmək lazımdır ki, effektiv idarəetmə modeli qurula bilsin


Prezidentin Fuad Nəcəfli kimi savadlı, hər hansı bir qruplaşmaya, klana və ya oliqarxa bağlantısı olmayan cavan bir kadrı Naxçıvan Muxtar Respublikasında özünün səlahiyyətli nümayəndəsi təyin etməsi bölgənin gələcəyi ilə bağlı atılacaq addımları da indidən proqnozlaşdırmağa imkan verir.

Görünən odur ki, son 27 ildə sürətlə boşalan Naxçıvanın həyatında artıq yeni bir mərhələ başlayacaq və bu mərhələ əhalinin kütləvi köçünün dayandırılması, bölgəyə yenidən qayıdışın təmin edilməsi, sosial həyatın canlandırılması və sürətli tərəqqi dövrü olacaq. Ancaq Naxçıvan əhalisi yeni rəhbərin köhnə komandanın əhatəsində qalmasından bərk narahatdır. Belə qənaətə gəlinir ki, Talıbov idarəçiliyini mənimsəmiş və xalq arasında müsbət reputasiyaya malik olmayan keçmiş rəhbərlik yeni kadrın siyasətini sabotaj da edə bilər.

Gələcəkdə bu xoşagəlməz hallarla rastlaşmamaq, yeni təyin edilən nümayəndənin işinin uğurlu alınması üçün hansı addımlar atılmalıdır?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeni təyin edilən xüsusi nümayəndə üçün bir qədər çətin olacaq: “Bütün köhnə kadrlar çalışacaq ki, işlər alınmasın. Bunların pisini indi olacaq bir yaxşı ilə müqayisə edə bilməsinlər. Sabotajı ona görə edəcəklər ki, camaat da narazı qalsın. Köhnələrin böyüklü-kiçikli xeyli hissəsi ruşvət mexanizminə bulaşıb. Bilirlər ki, araşdırmaların davamı olaraq, əksəriyyətinin yeri həbsxana olacaq. Birdən-birə hamını dəyişmək də mümkün deyil. Bilmirəm yeni nümayəndə Naxçıvanı hansı səviyyədə tanıyır. Prinsipcə, bütün kadrlar dəyişməlidir. Kadrları yeniləyəndən sonra onların içindən yaxşıları seçib yeni işlərə təyin etmək olar. Burada bir qədər fors-major vəziyyət yaranıb. Nümayəndə üçün bir neçə işi görmək zərürəti var. Həm islahatlar getməlidir, həm idarəetmə sistemi dəyişməlidir. Korrupsiya ilə mübarizə daha dərinə getməli və onların kökləri qazılıb çıxarılmalıdır. Həm İran kəşfiyyatının, PKK-nın əlaqələri aşkar edilərək çıxarılmalıdır, həm də əhalinin ora qayıtması üçün yeni iş yerləri yaradılmalıdır. Yeni kadrlardan istifadə etmək çox vacibdir. Bakıda olan yerli naxçıvanlıları da bu işə cəlb etmək olar. Onlar həmin yerin mühitini çox yaxşı tanıyırlar. Naxçıvan həqiqətlərini cəmiyyətə doğru çatdıran sizi, Heydər Oğuz kimi jurnalistləri ordakı idarəetməyə cəlb etmək olar. Sizin qəzetin Baş redaktoru Aydın Quliyev uzun müddət Naxçıvanda işləyib, oranın spesifikasına yaxşı bələddir. Ora elə bir kadr bazası ilə getmək lazımdır ki, effektiv idarəetmə modeli qurula bilsin. Bu işlərin ardıcıllığını da pozmaq mümkün deyil”.

Partiya sədri hesab edir ki, köhnə komanda ilə bu işləri görmək asan olmayacaq: “Ora elə bir komanda cəlb etmək lazımdır ki, çox çevik olsun və bütün köhnə strukturların işlərini öz üzərinə götürmək iqtidarında olsun. Bir sıra köhnə qurumların fəaliyyətini dərhal bloklamaq lazımdır. Əks təqdirdə uğurun əldə olunması çətinləşəcək. Yeni nümayəndənin təmiz reputasiyası var. Tərbiyəli və sadə adama oxşayır. Tək əldən də səs çıxmaz. Hamılıqla ona kömək etməliyik”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön