Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Həmrəylik bayramı milli hədəflərimizi göstərən bir tarixdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Həmrəylik bayramı milli hədəflərimizi göstərən bir tarixdir

Fərəc Quliyev:Həmrəylik bayramı milli hədəflərimizi göstərən bir tarixdir


Bu gün Dünya Azərbaycanlıların Həmrəylik günüdür. Artıq 30 ildən çoxdur ki, xalqımız bu bayramı böyük təntənə ilə qeyd edir.

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Həmrəylik bayramı milli hədəflərimizi göstərən bir tarixdir:

“Həmrəylik bayramını millətimiz mübarizə ilə qazanıb. Son 200 ildə xalqımız ayrılığa ən böyük təpkini 1989-cu ilin 31dekabr sərhəd hərəkatı ilə göstərdi. Bu hərəkatla dünyaya mesaj oldu ki, ruhən Azərbaycan xalqını bölmək olmaz.

1990-cı ilin noyabrında ilk dəfə İstanbulda Dünya Azərbaycanlıların qurultayı keçirildi. Orada bu bayram haqqında ilk fikirlər səsləndi və sonradan rəsmiləşdi. Dünya Azərbaycanlıların həmrəyliyi 44 günlük müharibə dövründə də öz təsdiqini tapdı.

Həmçinin, Güney Azərbaycanla bağlı məsələlər, Azərbaycan Prezidentinin dünyadakı həmyerlilərimiz, o cümlədən güneydəki soydaşlarımıza sahib çıxmaqla bağlı verdiyi mesajlar da mühümdür. Bu birliyi qoruyub saxlamaq lazımdır. Azərbaycan xalqı 1988-1989-cu illərdə ilin ən mübariz xalqı seçildi. 2020-ci ildə isə xalqımız ən döyüşkən xalq adlandı. Həmrəylik bayramı bu mənada döyüşlə, biləyinin gücü, ağlı ilə qazandığı bir bayramdır. Bu həm də milli hədəflərimizi göstərən bayramdır. Azərbaycan üçün tarixi coğrafi ərazilərimizdə Bütöv Azərbaycanın qurulması ədalətli status kvodur”.

Rüfət Sultan, Bizim.Media

Geri dön