Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Novin: Təbrizin 5 min hektarlıq ərazisi gecəqondu və yararsız binalardan ibarətdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əlirza Novin: Təbrizin 5 min hektarlıq ərazisi gecəqondu və yararsız binalardan ibarətdir

Əlirza Novin: Təbrizin 5 min hektarlıq ərazisi gecəqondu və yararsız binalardan ibarətdir


Təbrizin Bələdiyyə rəisi Əlirza Novin şəhərin beşdə bir hissəsini təşkil edən 5 min hektarlıq ərazinin gecəqondu və yararsız binalardan ibarət olduğunu bildirib.

Əlirza Novinin sözlərinə görə, Təbriz bələdiyyəsi bir neçə ildir şəhərin bu bölgələrdə zəlzələ baş verdiyi təqdirdə tələfata yol verilməməsi üçün binaların təmirinə çalışır. Bələdiyyə rəisi səylərinə baxmayaraq, dəstək əldə edə bilmədiyindən şikayətlənib.

“Yaşamaq üşün yararsız binaların bərpası və gecəqondularda şəraitin yaxşılaşdırılması üçün prezident, nazirlər və digər yüksək səlahiyyətli rəsmilərə ünvanlanan maliyyə müraciətləri cavabsız qalıb.”

Geri dön