Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həndbol üzrə millimiz Kipr yığmasına məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Həndbol üzrə millimiz Kipr yığmasına məğlub olub

Həndbol üzrə millimiz Kipr yığmasına məğlub olub


Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununu keçirib.

Baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matçda rəqib komanda 32:23 hesablı qələbə qazanıb.

Digər oyunda isə Malta Böyük Britaniya seçməsinə 14:44 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə məğlub olub.

Geri dön