Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aktauda Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Aktauda Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq

Aktauda Azərbaycanlı İş Adamları Birliyi yaradılacaq


Azərbaycan ilə Qazaxıstan, eləcə də hər iki ölkənin bölgələri arasında iqtisadi, ticarət və humanitar əlaqələrin inkişafı üçün mühüm addımlar atılır. Belə addımlardan biri Qazaxıstanın Aktau bölgəsində Azərbaycanlı İş Adamları Birliyinin yaradılması olacaq.

Bu barədə Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun binasında yerli Azərbaycan icmasının üzvləri və azərbaycanlı iş adamları ilə keçirilən görüşdə müzakirə aparılıb.

Mangistau Xalq Assambleyası sədrinin müavini, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Şəmsəddin Hüseynov Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elçin Məmmədovu iştirakçılara təqdim edib.

Sonra Elçin Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan ilə əlaqələrin inkişafına xüsusi önəm verir. O, Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri görüşlər barədə geniş məlumat verib.

Diplomat ikitərəfli münasibətlərin inkişafında və daha da genişlənməsində icma üzvləri və iş adamlarının mühüm rol oynadıqlarını qeyd edib.

Elçin Məmmədov regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışıb, o cümlədən Orta Dəhliz layihəsində Azərbaycan, Türkiyə və Qazaxıstanın rolunun vacibliyini qeyd edib. Bu istiqamətdə qarşılıqlı sərmayə qoyuluşunun, müştərək müəssisələrin yaradılmasının, dövlət və özəl sektor nümayəndələri arasında müvafiq formatlarda görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iştirak edən “MAYAK KUAT”, “Tri Korona”, “Energomost”, “Kazfuit”, “Tongal House”, “Yalçın Transport” şirkətlərinin, “Azərsun Holding”in Aktau şəhər nümayəndəliyinin, eləcə də Mangistau Xalq Assambleyasının, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin üzvləri çıxış edib, təkliflər səsləndiriblər.

Söhbət zamanı Qazaxıstanın Aktau bölgəsində Azərbaycanlı İş Adamları Birliyinin yaradılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar işçi qrup yaradılıb. Bu birliyin Türk İş Adamları Birliyi və Qazaxıstan İş Adamları Birliyi ilə birgə fəaliyyətinin əhəmiyyətli olacağı da qeyd olunub. Bildirilib ki, bu istiqamətdə birgə biznes forumlarının, “dəyirmi masa” və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

Geri dön