Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fevralın 1-də yeni kəşf edilən yaşıl kometa Yerə yaxınlaşacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Fevralın 1-də yeni kəşf edilən yaşıl kometa Yerə yaxınlaşacaq

Fevralın 1-də yeni kəşf edilən yaşıl kometa Yerə yaxınlaşacaq


Alimlər tərəfindən bu yaxınlarda kəşf edilən “C/2022 E3” yaşıl kometası fevralın 1-də Yerə yaxınlaşacaq.

Bu barədə “Newsweek” nəşri məlumat yayıb.

York Universitetinin məlumatına görə, yaşıl kometa Yerdən 42 kilometr uzaqlıqdan keçəcək. Alimlərin fikrincə, göy cismini Şimal Tacı bürcünün bölgəsində adi gözlə müşahidə etmək olar. İndi kometi yalnız güclü durbin və ya kiçik teleskoplar vasitəsilə görmək olar.

Fevralın 1-də hava aydın olarsa, “C/2022 E3” kometası səmada quyruğu olan tutqun yaşılımtıl parıltı şəklində görünəcək.

Qeyd edək ki, Yaşıl kometa 2022-ci ildə Kaliforniya astronomları tərəfindən kəşf edilib. Göy cismi uzunmüddətli kometa kimi təsnif edilirdi. Hesab edilir ki, kometa sonuncu dəfə Yerin yanından təxminən 55 min il əvvəl, Daş dövründə uçmuşdu və növbəti uçuş olmaya bilər.

Geri dön