Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunacaq

Fərəc Quliyev:Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunacaq


“Görünən məsələlər sadəcə diplomatik masa üçün sahədə hazırlanan görüntülərdir”.

Bu fikirləri dünyada və regionda baş verən gərginlik fonunda Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həlli yollarını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunacaq:

“Vəziyyət çox mürəkkəbdir. Bu təkcə Azərbaycanın özü ilə bağlı olan məsələ deyil. Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Artıq Rusiyada da səfərbərlik elan olunub. Göründüyü qədər, onlar saylarını artırmaqla istəyirlər ki, Ukraynada son döyüşə girsinlər. Ukrayna da hazırlaşır. Məsələni birdəfəlik həll etmək istəyirlər.

Hiss olunur ki, Rusiya həm də başqa yerlərdə olan imisarlarına da tapşırıq verib. Ruben Vardanyana da tapşırıqlar gəlib. O, regionda revanşist imkanlarını artırmağa çalışır. Ola bilər ki, müəyyən təxribatlar törətməyə cəhd etsinlər. Hesab edirəm, Rusiya onu anlamalıdır ki, Türkiyə açıq şəkildə Rusiyaya qarşı dayanarsa, rəsmi Moskvanın vəziyyəti heç yaxşı olmaz. Əgər Azərbaycana qarşı bir proqram həyata keçirilməyə qalxılarsa, Türkiyə laqeyd qalmayacaq. Ona görə də Vardanyan verilən tapşırıqlarla, əsasən, özünü göstərmək istəyir. Bundan əlavə, bu yolla Ermənistanda hakimiyyətə gəlməyi də düşünür, bu cəhdlər də nəzərdə tutulur. Hər halda, baş verəcək hadisələrdə Ermənistan həmişə iki masada oturub. İki masada oturmağa yaza qədər davam edəcək. Onlar da düşünür ki, Rusiya yazda fərqli mövqedən çıxış edərsə, Vardanyan amilindən istifadə edərsə, Qarabağda revanş imkanları yaranarsa, müharibəyə hazır olsunlar.

Onlar da ehtimal edirlər ki, Rusiya batan gəmidir, Qərblə münasibətləri yaxşı tutmaq lazımdır. Rusiyanın hərbi hissəsini Ermənistandan çıxarmaq istəyirlər. Bölgədə vəziyyət bu qədər mürəkkəbdir.

Ukrayna-Rusiya müharibəsinin nəticəsini də hər kəs hesablayır. İki müstəviyə də hazırlıq görülür. Vardanyan da o hazırlıqların içərisindədir. Vardanyan yaz aylarında Rusiyanın “Fatihə”sini oxuyurlar görsə, aradan çıxmaq yollarını düşünəcək. Hesab edirəm ki, başqa proses olmayacaq.

Ermənistanın silahlandırılması da nağıldır. Onlar bütün əhalini silahlandırsa belə, heç nəyə nail ola bilməzlər. Ən güclü vaxtlarında belə Azərbaycanın qarşısında daya bilmədilər.

Görünən məsələlər sadəcə diplomatik masa üçün sahədə hazırlanan görüntülərdir. Hər kəs öz əlini gücləndirir. Böyük mənada savaş Azərbaycanın xeyrinə olacaq. Bu baş verərsə, Azərbaycan məsələni köklü şəkildə həll edər. Düşünmürəm, belə bir şey olsun. Sonda kiçik antiterror əməliyyatı ola bilər. Proseslər və zaman Azərbaycanın xeyrinədir”.

Səxavət Məmməd/yenicag.az

Geri dön