Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Braziliya və Argentina vahid valyuta yaradırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Braziliya və Argentina vahid valyuta yaradırlar

Braziliya və Argentina vahid valyuta yaradırlar


Braziliya və Argentina bazar günündən etibarən Braziliya Prezidenti Lula da Silvanın Buenos-Ayresə səfəri zamanı vahid valyutaya hazırlıq işlərinə başlandığını elan etməyi planlaşdırırlar.

Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Argentinanın İqtisadiyyat naziri Sergio Massa qəzetə açıqlamasında deyib ki, vahid valyutaya keçid üçün lazım olan parametrlərin araşdırılmasına başlamaq barədə qərar veriləcək.

Nazir qeyd edib ki, digər Latın Amerikası ölkələri də layihəyə qoşulmağa dəvət olunurlar.

Qəzetin məlumatına görə, Argentina və Braziliya son bir neçə ildə vahid valyutanın yaradılmasını müzakirə etsə də, bu təşəbbüsə qarşı çıxan Braziliya Mərkəzi Bankının mövqeyinə görə danışıqlar baş tutmayıb. İndi hər iki dövlətə solçu siyasətçilər rəhbərlik etdiyi üçün layihə böyük dəstək alır.

Geri dön