Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli standartlaşdırma sisteminə dair Dövlət Proqramı təsdiq edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Milli standartlaşdırma sisteminə dair Dövlət Proqramı təsdiq edilib

Milli standartlaşdırma sisteminə dair Dövlət Proqramı təsdiq edilib


“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək və orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadiyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Geri dön