Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azəryol” ölkə çempionatında liderliyini davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Azəryol” ölkə çempionatında liderliyini davam etdirir

“Azəryol” ölkə çempionatında liderliyini davam etdirir


Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turunun oyunları keçirilib.

Doqquzuncu turun “Azəryol”–“Azərsu” görüşündə nominal ev sahibinin qələbəsi şübhə doğurmurdu. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Azəryol” etimadı doğruldaraq, oyunu böyük hesablı qələbə ilə başa vurub – 46:19. “Qarabağ”-“İdman Akademiyası” matçında da gözlənilməz nəticə qeydə alınmayıb. Oyunun favoriti sayılan “Qarabağ” rəqibin ciddi müqavimətinə baxmayaraq, azarkeşlərini növbəti qələbə ilə sevindirib – 34:26.

Yarışın 10-cu turu da eyni ssenari ilə yadda qalıb. “Azəryol” “Azərsu”nu bu turda 52:13, “Qarabağ” isə “İdman Akademiyası”nı 32:23 hesabı ilə məğlub edib.

Keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Azəryol” 24 xalla çempionatın lideridir. “Qarabağ” ondan 6 xal geri qalır. Aktivində 12 xalı olan “İdman Akademiyası” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Azərsu” 6 xalla 4-cü yerdədir. Autsayder “U-16” hələ ki xal qazana bilməyib.

Geri dön