Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstanla türk dünyası arasında əlaqələrin inkişafına yönəlmiş birgə layihələr müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Mədəniyyət > Macarıstanla türk dünyası arasında əlaqələrin inkişafına yönəlmiş birgə layihələr müzakirə edilib

Macarıstanla türk dünyası arasında əlaqələrin inkişafına yönəlmiş birgə layihələr müzakirə edilib


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Macarıstana səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin rəhbəri Yanoş Hovari ilə görüşü olub.

Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın Türkiyənin Macarıstandakı səfirləri, həmçinin Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Görüşdə türk xalqları tərəfindən əsrlərdən bəri yaşadılan dəyərlərin mühafizəsinin və tanıdılmasının müasir dövrdə türk dünyası üçün önəminə toxunulub. Türk Əməkdaşlıq Təşkilatlarının geniş miqyaslı beynəlxalq fəaliyyətində Macarıstanın da aktiv rol oynadığı bildirilib. Ölkə ilə türk dünyası arasında günü-gündən daha da güclənən qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş mümkün birgə layihələr haqqında müzakirələr aparılıb.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yıldız Sarayı Fotoşəkil Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” sərgisinin albomlarını diplomatik nümayəndəliklərin rəhbərlərinə hədiyyə edib.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın “M5” mədəniyyət kanalına Fond ilə təşkilatın müşahidəçi üzv ölkəsi Macarıstan arasındakı münasibətlər, eləcə də ümumtürk mədəni irsinin təbliği yönündə həyata keçirilmiş layihələr haqqında müsahibə verib.

Geri dön