Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "SpaceX" şirkəti "Starlink" internet peyklərinin üçüncü partiyasını orbitə çıxarır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "SpaceX" şirkəti "Starlink" internet peyklərinin üçüncü partiyasını orbitə çıxarır

"SpaceX" şirkəti "Starlink" internet peyklərinin üçüncü partiyasını orbitə çıxarır


“Falcon 9” daşıyıcı raketi bu gün 49 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq. Yeni mini peyklər “Starlink” qlobal internet əhatə dairəsinin orbital qrupuna əlavə olunacaq.

Bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Peyklərin orbitə buraxılışı ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından baş tutacaq.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peykləri qrupunun 71-ci, bu ay isə üçüncü buraxılışı olacaq.

Geri dön