Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb

BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb


BMT bütün tərəflərin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.

Bunu brifinqdə təşkilatın Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Qərb ölkələrindən Kiyevə döyüş təyyarələri və digər hərbi texnikanın tədarükü ilə bağlı sualı cavablandırarkən deyib.

"Bizim konkret texnologiyalarla bağlı mövqeyimiz yoxdur. Narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz bunun dayandırılmasını arzulayırıq. İstəyirik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər", - deyə F.Haq bildirib.

Geri dön