Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vladimir Putin: Qərb Ukraynanı silahla təmin etdikcə Rusiya bütün potensialını ortaya qoyacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Vladimir Putin: Qərb Ukraynanı silahla təmin etdikcə Rusiya bütün potensialını ortaya qoyacaq

Vladimir Putin: Qərb Ukraynanı silahla təmin etdikcə Rusiya bütün potensialını ortaya qoyacaq


Qərb Ukraynanı silahla təmin etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək. Bu o deməkdir ki, Rusiyanın potensialı var və Qərb tərəfindən tədarük edilən yeni silahlar ortaya çıxdıqda, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün mövcud potensialından maksimum yararlanacaq.

Bu sözləri Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin Stalinqrad qələbəsinin 80-ci ildönümü tədbirində səsləndirdiyi fikri şərh edərkən deyib.

Volqoqrad şəhərində çıxış edən Putin qeyd edib ki, keçmişdə olduğu kimi, bu gün də Rusiya yenidən üzərində xaçlar olan Almaniyanın Leopard tankları ilə təhdid olunur.

O əlavə edib ki, Almaniya daxil Rusiyanı yeni savaşa sürüklüyənlər, Rusiya üzərində qələbə qazanmağı düşünənlər bu müharibənin nəticəsinin fərqli olacağını anlaya bilmirlər. Zirehli hərbi maşınların istifadə olunması nələrisə dəyişməyəcək.

Geri dön