Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ turistlər üçün rəqəmsal Şengen vizalarını tətbiq etməyi planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Aİ turistlər üçün rəqəmsal Şengen vizalarını tətbiq etməyi planlaşdırır

Aİ turistlər üçün rəqəmsal Şengen vizalarını tətbiq etməyi planlaşdırır


Avropa İttifaqı Şengen vizalarının alınması prosesini sadələşdirməyi planlaşdırır.

2026-cı ilə qədər turistlər üçün sənədlərin təqdim edilməsi üzrə rəqəmsal formatın tətbiq edilməsi planlaşdırılır.

Yanvarın 31-də Aİ Parlamenti xarici vətəndaşların Şengen üçün müraciət prosedurunun modernləşdirilməsi təklifini təsdiqləyib. Aİ-yə səyahət edən turistlər bütün viza sənədləri üçün onlayn müraciət edə biləcəklər. Bundan əlavə, müraciətlər vahid onlayn platformada həyata keçiriləcək. Eyni zamanda, pasportlardakı stikerlərin rəqəmsal məlumatlarla əvəzlənməsi də nəzərdə tutulur.

Aİ Parlamenti hesab edir ki, prosedurun rəqəmsallaşdırılması nəinki prosesi sürətləndirəcək və turistlərin müraciət etməsi üçün tələb olunan səyləri azaldacaq, həm də Aİ daxilində təcrübənin vahidliyini təmin edəcək.

Geri dön